İranda ABŞ və İsrail hərbçilərinin Qum şəhəri yaxınlığındakı körpünü bombaladığını bəyan edirlər
İranda ABŞ və İsrail hərbçilərinin Qum şəhəri yaxınlığındakı körpünü bombaladığını bəyan edirlər

 

ABŞ və İsrail hərbçiləri İranda Qum şəhəri yaxınlığındakı körpünü bombalayıblar. İsrail mediası bölgənin qubernator müavini Morteza Heydərinin bu barədə məlumat verdiyini deyir.

Eyni zamanda, İranın Xarq adasında bir neçə partlayışın baş verdiyi barədə məlumat yayılır. İranın qərb sahilində yerləşən Xarq adası ölkənin neft ixracı üçün həyati əhəmiyyətli yerdir. Bundan başqa, mərkəzi İranın Kaşan şəhərində dəmir yolu körpüsünə ABŞ-İsrail hücumu nəticəsində iki nəfər həlak olub.

İranın ikinci ən böyük şəhəri olan Məşhəddə qatarla səyahət İsrailin iranlılara dəmir yolundan istifadə etməmələri barədə xəbərdarlıq etməsindən sonra növbəti xəbərdarlığa qədər ləğv edilib. Eyni zamanda, İsrailin hava qüvvələri İranın bir neçə rayonunda daha bir “genişmiqyaslı” hava hücumu dalğasını bitiriblər.