İranda ABŞ-ın hərbi əməliyyatı zamanı daha bir Amerika hərbçisi ölüb
İranda ABŞ-ın hərbi əməliyyatı zamanı daha bir Amerika hərbçisi ölüb.
Məlumatı Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı yayıb. Bildirilir ki, hərbçi “Epik Qisas” əməliyyatının ilkin mərhələsində yaralanıb və aldığı xəsarətlərdən sonra sonradan həyatını itirib.
Xatırladaq ki, İran əleyhinə əməliyyat çərçivəsində artıq dörd Amerika hərbçisi həlak olub. Onlardan üçü barədə məlumatı ABŞ prezidenti Donald Trump dünən açıqlamışdı.