İranda 6.1 bal gücündə zəlzələ baş verdi. Təbii fəlakət nəticəsində azı beş nəfər öldü, 49 nəfər xəsarət aldı.
Zəlzələnin episentri gecə saatlarında ölkənin cənubundakı Hormozqan əyalətində qeydə alındı, 24 təkrar təkan baş verdi, buradan iikisinin gücü 6.1 və 6.3 balı təşkil edirdi.
Yeraltı təkanlar qonşu ölkələrdə də hiss olunurdu.