İran yeni qanadlı raketi sınaqdan keçirdi. Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, yeni raketin hərəkət məsafəsi 1 300 kilometrdir.
İran Müdafiə Nazirliyinin yaydığı məlumata görə, raket hədəfi 1 200 kilometr məsafədə uğurla məhv etdi.
Tehranda deyirlər ki, raket proqramı müdafiə üçündür və heçkimə qarşı yönəldilməyib.
Buna baxmayaraq, proqrama görə, ABŞ və Avropa İttifaqı narahatdır.