İran Xarici İşlər Nazirliyində İran tərəfdən Türkiyə, Azərbaycan və Kiprə qarşı hər hansı hücum rədd edilib və bu, “saxta bayraq əməliyyatı” adlandırılıb
İran Xarici İşlər Nazirliyində İran tərəfdən Türkiyə, Azərbaycan və Kiprə qarşı hər hansı hücum rədd edilib və bu, “saxta bayraq əməliyyatı” adlandırılıb

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bağayi İran tərəfindən Türkiyə, Azərbaycan və Kiprə qarşı hər hansı hücumun olmadığını bəyan edib və bunu “saxta bayraq əməliyyatı” adlandırıb.

“Bizim müdafiəmiz heç bir halda regiondakı hansısa ölkəyə qarşı düşmənçilik kimi şərh edilməməlidir. Azərbaycan İslam Respublikası, Türkiyə və Kiprlə bağlı olaraq, Silahlı Qüvvələrin Baş Qərargahı açıq və rəsmi şəkildə bəyan edib ki, İran ərazisində və ya bizim Silahlı Qüvvələrin iştirakı ilə belə bir hadisə baş verməyib. Kiprlə bağlı isə Böyük Britaniyanın rəsmi hakimiyyəti də belə bir hadisənin baş vermədiyini təsdiqləyib,” – deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

Bununla yanaşı, İsmail Bağayi qeyd edib ki, ABŞ-ın regiondakı hərbi mövcudluğu təhlükəsizlik mənbəyi deyil, əksinə region ölkələri arasında fikir ayrılıqlarının səbəbidir:

“ABŞ-ın regiondakı hərbi mövcudluğu heç bir halda təhlükəsizlik və ya sabitlik mənbəyi deyil. Əksinə, ABŞ-ın hərbi fəaliyyəti region ölkələrində yalnız həssaslıq və ölkələr arasında fikir ayrılıqlarının yaranmasına səbəb olur. Bu, İslam ölkələri arasında münaqişələrə yol açır,” – deyə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib.

O həmçinin bildirib ki, “aqressorlar” üçün fərqi yoxdur ki, iranlıların hansı hissəsinə hücum edilir və İranın hansı etnik qrupu və ya hissəsi zərər görür.