İran Xarici İşlər Nazirliyində aprelin 12-də Omanda ABŞ ilə dolayı danışıqlar aparacaqlarını bəyan edirlər
İran və ABŞ aprelin 12-də Omanda dolayı danışıqlar aparacaq – bu haqda İranın xarici işlər naziri Abbas Arağçi bildirib.
“Bu, imtahan kimi bir fürsətdir. Top Amerikanın meydanındadır” – İranın xarici işlər naziri qeyd edib.
Eyni zamanda məlumat yayılır ki, dolayı danışıqlarda İran tərəfini ölkənin xarici işlər naziri Abbas Arağçi təmsil edəcək, ABŞ tərəfini isə Yaxın Şərq məsələləri üzrə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof təmsil edəcək.
Rəsmi Tehran ABŞ Prezidenti Donald Trampın tərəflər arasında birbaşa dialoqun baş tutacağı ilə bağlı bəyanatını təkzib edir.