İran Xarici İşlər Nazirliyi Kiyevi iki ölkə arasında münasibətləri korlamağa çalışan üçüncü tərəfin təsirinə düşməməyə çağırır
Ukraynanın İran səfirinin akkreditasiyasını ləğv etmək və İranın Ukraynadakı diplomatik işçilərinin sayını azaltmaq qərarından İran narahatlığını ifadə edir və Kiyevi iki ölkə arasında münasibətləri korlamağa çalışan üçüncü tərəfin təsirinə düşməməyə çağırır. Məlumatı “Reuters” agentliyi yayır.
Dünən Ukrayna Xarici İşlər Nazirliyində bəyan etdikləri kimi, bu qərar İranın Rusiyaya pilotsuz uçuş aparatları tədarük etməsinə cavab olaraq qəbul edildi. Eyni zamanda rəsmi Kiyevdə bəyan edirlər ki, Tehranın Rusiyaya pilotsuz təyyarələr təhvil verməsi İran hökumətinin açıq şəkildə bəyan etdiyi neytrallıq və Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməsi ilə ziddiyyət təşkil edir.
Medianın məlumatına görə, akkreditasiya ləğv edildikdən sonra, İranın Ukraynadakı səfiri öz vəzifəsini yerinə yetirə bilməyəcək və Tehrana qayıtmalıdır.