İran və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq sazişi ehtimal ki, 2025-ci ilin yanvarında imzalanacaq
İran və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq sazişi ehtimal ki, 2025-ci ilin yanvarında imzalanacaq. İranın Xarici İşlər Nazirliyində bildirirlər ki, İranın Prezidenti Masud Pezeşkiyan və Rusiyanın Prezidenti Vladimer Putin arasında görüş yanvarın sonunda keçirilə bilər.
İran mediasının qiymətləndirməsinə əsasən, hərtərəfli strateji tərəfdaşlıq sazişi Rusiya-İran münasibətlərinin inkişafında əlamətdar hadisəyə çevrilməlidir.
Sənəd müdafiə, enerji, emal sənayesi, nəqliyyat və kənd təsərrüfatı kimi sahələrdə ikitərəfli əməkdaşlığı ehtiva edir.
Rusiya nümayəndə heyəti Rusiyanın vitse-baş nazirləri Vitali Saveliev və Aleksey Overçukun rəhbərliyi ilə Tehrana gedib.
Yayılmış məlumata əsasən, rus rəsmi şəxslər İranın Prezidenti Masud Pezeşkiyanla görüşəcək.