İran və Oman Hörmüz boğazında müvəqqəti dəniz dəhlizinin yaradılması ilə bağlı danışıqları bərpa edib

10:25, 26.08.2026

İran və Oman Hörmüz boğazında müvəqqəti dəniz dəhlizinin yaradılması ilə bağlı danışıqları bərpa edib. Məqsəd strateji əhəmiyyət daşıyan boğazda gəmilərin təhlükəsiz hərəkətinin bərpa olunmasıdır. Bu barədə “Reuters” məlumat yayıb.
Medianın məlumatına görə, tərəflər həmçinin boğazın minalardan təmizlənməsi barədə razılığa gəliblər.
ABŞ və İran arasında aktiv hərbi əməliyyatlar əsasən dayandırılsa da, sülh sazişinin əldə olunması istiqamətində diplomatik səylər dalana dirənib və boğazda hərəkət hələ də təhlükəli olaraq qalır.
Çərşənbə axşamı Oman sahilləri yaxınlığında neft tankerinə naməlum mərmi dəyib. Nəticədə gəmi sıradan çıxıb.
ABŞ İrana qarşı iqtisadi təzyiqləri artırır və İranla ticarəti davam etdirəcək ölkələri sanksiyalarla hədələyir. Eyni zamanda, ABŞ Yaxın Şərqdəki bəzi diplomatik nümayəndəliklərinin əməkdaşlarını geri qaytarmağa başlayıb. Medianın məlumatına görə, bu, Vaşinqtonun yaxın gələcəkdə regionda münaqişənin daha da kəskinləşməsi riskini daha aşağı qiymətləndirdiyinə işarə edə bilər.

Oxşar