İran və Ermənistan birgə hərbi təlimlər keçirirlər

12:54, 10.04.2025

 

İran və Ermənistan birgə hərbi təlimlər keçirirlər. Bu haqda media məlumat yayır.

Medianın yazdığı kimi, Ermənistan Respublikası Silahlı Qüvvələri və İran İslam Respublikası Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələri hərbi təlimlərə cəlb olunub.

Ermənistan Respublikası Silahlı Qüvvələrinin bölməsi təlimlərin bir hissəsini Ermənistan ərazisində, İran İslam Respublikası Silahlı Qüvvələrinin bölməsi isə İran ərazisində keçirir.

Təlimlər Ermənistan-İran dövlət sərhədi boyunca yerləşən sərhəd-keçid məntəqələrində təqlid edilmiş terrorçu qrupların hücumlarının neytrallaşdırılması ilə bağlı əməliyyatları əhatə edir. Hərbi təlim aprelin 9-10-da keçirilir.

Oxşar