İran tərəfindən İsrailə raket hücumuna görə İsrail, İordaniya və İraq hava məkanını bağlayıblar
İran tərəfindən İsrailə raket hücumuna görə İsrail, İordaniya və İraq hava məkanını bağlayıblar.
İsrailin Aviasiya Xidmətinin məlumatında, Ben Qurion aeroportunda bütün uçuşların ləğv edildiyi deyilir.
Bununla yanaşı, yerli media İranın raket hücumu nəticəsində Təl-Əvivdə iki nəfərin xəsarət aldığını yazır.
İsrailin Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqarinin dediyi kimi, İsrail İranın raket hücumunu cavabsız qoymayacaq.
“Biz müdafiə və hücuma tam hazırıq. İsrail vətəndaşlarını qoruyacağıq. Bu hücumun nəticələri olacaq” – Haqari bildirib.
Məlumat üçün bildirək ki, İsraildə partlayış səsləri eşidilir. İsrail mediası, İranın İsrail istiqamətində 100-dən çox raket atdığını xəbər verir. İran İsrailə raket hücumuna başladığını təsdiqləyir, İranın “İslam İnqilabı Keşikçiləri Korpusu”nun bəyanatına əsasən, İsrail istiqamətində onlarla raket atıblar.
Bununla yanaşı, İsrailin Müdafiə Qüvvələri sakinləri sığınacaqlarda qalmağa çağırır.