İran tərəfindən ballistik raketlərlə İsrailə edilmiş hücum nəticəsində dörd nəfər həlak olub
İran tərəfindən İsrailin mərkəzi hissəsinə edilmiş hücum nəticəsində dörd nəfər həlak olub. Bu barədə məlumatı İsrailin Tibbi Yardım, Fəlakətlər, Təcili Yardım və Qan Bankı üzrə Milli Tibbi Xidməti “Maqen Devid Adom” yayır.
Ən azı 74 nəfər yaralanıb.
İranın hücumu nəticəsində həmçinin iki yaşayış binasına ziyan dəyib. Hücum ballistik raketlərlə həyata keçirilib.