İran Tel-Əviv və Hayfa şəhərlərinin sakinlərini təxliyəyə çağırır.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi videomüraciətində İsrail vətəndaşlarına müraciət edərək bildirib ki, Tel-Əviv və Hayfa sakinləri mümkün qədər tez bir zamanda ərazini tərk etməlidirlər ki, sağ qala bilsinlər.
General-mayor Əbdülrahim Musəvi əlavə edib ki, “indiyədək həyata keçirilmiş əməliyyatlar sadəcə xəbərdarlıq xarakteri daşıyırdı və qarşıdan gələn ‘cəza əməliyyatı’ tezliklə həyata keçiriləcək.”