İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Ermənistanın müdafiə naziri ilə görüş keçirib
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Ermənistanın müdafiə naziri ilə görüş keçirib

 

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Abdolrahim Musavi Ermənistanın müdafiə naziri Suren Papikyanla görüş keçirib. Bu barədə məlumatı İran mediası yayır.

Danışıqlar zamanı İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İrana səfər edən Ermənistanın müdafiə nazirinə bildirib ki, regionda xarici böyük dövlətlərin mövcudluğu sabitliyin pozulması riski daşıyır. Bununla yanaşı, Abdolrahim Musavi Suren Papikyanla görüşdə Tehranın Ermənistan Silahlı Qüvvələri ilə hərbi əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.

Bundan başqa, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi regionda qeyri-regional qüvvələrin mövcudluğunun regional dövlətlərin maraqlarına zidd olduğunu və sabitliyin pozulması mənbəyi olduğunu bildirib.

Onun sözlərinə əsasən, dünya birqütblü nizam və birtərəfliliklə vidalaşır, ABŞ isə bununla barışmaq istəmir və qanunsuz tədbirlərlə öz dominantlığını qorumağa çalışır.