İran Silahlı Qüvvələri bildirir ki, ABŞ və İsrailin rəsmi şəxslərinə və ordu rəhbərlərinə hücum edəcəklər — “dünyadakı kurortlar və əyləncə mərkəzləri artıq sizin üçün təhlükəsiz olmayacaq”
İran Silahlı Qüvvələri bildirir ki, ABŞ və İsrailin rəsmi şəxslərinə və ordu rəhbərlərinə hücum edəcəklər — “dünyadakı kurortlar və əyləncə mərkəzləri artıq sizin üçün təhlükəsiz olmayacaq”

İran Silahlı Qüvvələri bildirir ki, ABŞ və İsrailin rəsmi şəxslərinə və ordu rəhbərlərinə, hətta onlar məzuniyyətdə və ya əyləncə mərkəzlərində olduqları zaman belə hücum edəcəklər.

Bu barədə İran Silahlı Qüvvələrinin sözçüsü Abolfazl Shekarchi açıqlama verib.

“Biz sizin qorxaq məmurlarınızı, komandanlarınızı, pilotlarınızı və düşmən əsgərlərinizi izləyirik. Bundan sonra, sizinlə bağlı mövcud məlumatlara əsaslanaraq, dünyadakı gəzinti yerləri, kurortlar və turistik, əyləncə mərkəzləri sizin üçün artıq təhlükəsiz olmayacaq”, – deyə Abolfazl Şekarçi bildiriba