İran sərhədçiləri ilə Taliban arasında silahlı qarşıdurma tələfatla nəticələndi
İran sərhədçiləri ilə Taliban arasında silahlı qarşıdurma tələfatla nəticələndi

İran sərhədçiləri ilə Taliban arasında silahlı qarşıdurma tələfatla nəticələndi. “BBC”-nin məlumatına görə, qarşıdurma Əfqanıstan Nimrozi vilayəti və İranın Hirmand bölgəsi arası ərazisində baş verdi.

İnsidentdə tərəflər bir-birlərini təqsirləndirirlər. İran tərəfi tələfatı təsdiq etmir.

İran mətbuatının məlumatına görə, silahlı qarşıdurma Taliban hərəkatının Əfqanıstana aid olmayan ərazidə bayraq qaldırmağa cəhd etməsindən sonra başladı.

Bənzər insident ötən ay da baş vermişdi. O zaman qarşıdurma zamanı İran sərhədçisi öldü.