İran raketi Ben Qurion Universitetinin altı tədqiqat laboratoriyasını məhv edib, doqquzuna isə zərər vurub
İran raketi Ben Qurion Universitetinin altı tədqiqat laboratoriyasını məhv edib, doqquzuna isə zərər vurub

 

İran raketinin iyunun 19-da Soroka Universitetinin Tibb Mərkəzinin kampusuna zərbəsi nəticəsində Ben Qurion Universitetinin altı tədqiqat laboratoriyası tamamilə məhv olub, doqquzu isə zərər görüb.

Universitetin bəyanatına əsasən, nəticədə müxtəlif tibbi və bioloji tədqiqat layihələri üzərində uzun illər aparılan iş məhv olub.

İsrail mediasının məlumatına əsasən, auditoriyalar, tədris laboratoriyaları və Səhiyyə Elmləri Fakültəsinin dezinfeksiya otağı, həmçinin Ben Qurion Universitetinin əsas kampusunda “Markus Ailə Kampusu”nda yerləşən 30 binaya ciddi ziyan dəyib. Hələ də dəymiş ziyanı qiymətləndirən universitet, bunun onlarla və ola bilsin, yüz milyonlarla şekel ola biləcəyini ehtimal edir.