İran Prezidenti Masud Pezeşkiyan iki günlük rəsmi səfərlə Ermənistana gəlib

17:34, 18.08.2025

 

İran Prezidenti Masud Pezeşkiyan iki günlük rəsmi səfərlə Ermənistana gəlib. Bu barədə məlumatı erməni mediası yayır.

Onların məlumatına əsasən, Ermənistan Respublikasının vitse-baş naziri Mher Qriqoryan İran Prezidentini Yerevanın Zvartnots Hava Limanında qarşılayıb.

İran Prezidentinin səfəri çərçivəsində Ermənistan-İran biznes forumu planlaşdırılıb.

Bununla yanaşı, Ermənistandan sonra İran Prezidentinin Belarus və Çinə səfər etməyi planlaşdırdığı bilinir.

Oxşar