İran Prezidenti - İranın müdafiədən başqa seçimi yoxdur
İran Prezidenti - İranın müdafiədən başqa seçimi yoxdur

 

İranın müdafiədən başqa seçimi yoxdur – bu haqda İran Prezidenti Masud Pezeşkiyan sosial şəbəkədə yazır.

Onun qeyd etdiyi kimi, İran qonşu ölkələrin suverenliyinə hörmət edir.

“Zati-aliləri, dost və qonşu dövlətlərin başçıları, biz sizinlə birlikdə diplomatiya yolu ilə müharibənin qarşısını almağa çalışırdıq, lakin Amerika-sionist hərbi təcavüzü bizə özümüzü müdafiə etməkdən başqa seçim qoymadı. Biz ölkələrinizin suverenliyinə hörmət edirik. İranın özünü müdafiə etməkdən başqa seçimi yoxdur. Hesab edirik ki, regionun təhlükəsizliyi və sabitliyi onun dövlətlərinin kollektiv səyləri ilə təmin olunmalıdır” – İran Prezidenti yazır.