İran Prezidenti - İran ikitərəfli maraqlar çərçivəsində Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qədər genişləndirmək istəyir
İran ikitərəfli maraqlar çərçivəsində Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qədər genişləndirmək istəyir – bu barədə İran Prezidenti Masud Pezeşkiyanın Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktubunda qeyd olunub.
İran Prezidenti nəqliyyat, elektrik enerjisi, qaz sahəsində birgə layihələrin sürətləndirilməsinin, eləcə də ikitərəfli ticarətin və xalqlar arasında əlaqələrin artırılmasının əhəmiyyətindən danışıb.
İran Prezidentinin bəyanatına əsasən, İran İslam Respublikası hesab edir ki, regional tranzit marşrutları ölkələrin ərazi bütövlüyünə hörmət əsasında açılmalıdır və bu, onun sözlərinə əsasən, regionda davamlı sülhün və sabitliyin təmin edilməsində mühüm rol oynaya bilər.