İran prezidenti Azərbaycanın Tehrandakı Səfirliyinə hücumla bağlı hərtərəfli istintaqın aparılmasına sərəncam verdi

12:22, 28.01.2023

İran prezidenti, İbrahim Rəisi Azərbaycanın Tehrandakı Səfirliyinə hücumla bağlı hərtərəfli istintaqın aparılmasına sərəncam verdi.

İranın Xarici İşlər naziri, Hüseyn Əmirabdolahyanın bəyan etdiyinə görə, “bu, əvvəlcədən düşünülmüş terror aktı deyil, şəxsi motivli hərəkət idi. Təhlükəsizlik Departamentinin apardığı araşdırmalar cinayətkarın şəxsi motivlərlə hərəkət etdiyini göstərir”.

Nazir, Azərbaycan səfiri ilə birlikdə, Səfirlikdə xəsarət alan təhlükəsizlik xidmətinin üzvünü də ziyarət etdi.

Səfirliyə hücum 27 yanvarda baş verdi. 50 yaşına qədər kişi binaya soxuldu və avtomat odlu silahından Səfirlik əməkdaşlarına atəş açdı. Hadiə nəticəsində mühafizə xidmətinin rəsisi həlak oldu və mühafizənin iki üzvü xəsarət aldı. Hücumçunu mühafizə üzvlərindən biri tərksilah etdi. Azərbaycan tərəfi hücumu terror aktı kimi qiymətləndirir və Tehrandan baş verənləri tezliklə araşdırmaı tələb edir.

Oxşar