İran Prezidenti – ABŞ-ın İranın nüvə obyektlərinə zərbələri sübut etdi ki, İran əleyhinə sionist rejimin düşmən hərəkətlərinin arxasında Vaşinqton dayanır
ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrlə sübut olundu ki, İran əleyhinə sionist rejimin düşmən mövqeli hərəkətlərinin arxasında məhz Vaşinqton dayanır – bu barədə İranın prezidenti Məsud Fəzeşkian bəyan edib.
Fəzeşkianın sözlərinə görə, əvvəlcə ABŞ çalışırdı, İran əleyhinə İsrailin zərbələrində iştirakını gizləsin, lakin İran Silahlı Qüvvələrinin qətiyyətli cavabından sonra ABŞ açıq şəkildə prosesə müdaxilə etdi.
İran Prezidenti ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi hava zərbələrini sərt şəkildə qınayıb.
“İranın bu gün İsrailə endirdiyi zərbələr əslində ABŞ-ın siyasətinə cavabdır. İran əleyhinə təcavüzü təkcə İsrail həyata keçirə bilməz”, – deyə İran Prezidenti bildirib.