İran Polisinin rəisi etiraz aksiyalarına çıxmaq istəyənlərə xəbərdarlıq edir - "Qüvvələrimizin barmağı tətiyin üstündədir"
İran Polisinin rəisi etiraz aksiyalarına çıxmaq istəyənlərə xəbərdarlıq edir - "Qüvvələrimizin barmağı tətiyin üstündədir"

 

İran Polisinin rəisi Ahmadreza Radan etiraz aksiyalarına çıxmaq istəyənlərə xəbərdarlıq edir – “Qüvvələrimizin barmağı tətiyin üstündədir”.

Bu haqda “Deutsche Welle” xəbər verir.

Onun sözlərinə əsasən, aksiyanın hər bir iştirakçısı nümayişçi kimi deyil, “düşmən” kimi qəbul ediləcək.

Qeyd edilməlidir ki, İranda ABŞ və İsrailin koordinasiyalı hərbi əməliyyatı başladıqdan sonra, hər iki ölkənin lideri açıq şəkildə İran xalqını İran rejiminə qarşı çıxmağa çağırıb.

Benyamin Netanyahu bir neçə saat əvvəl oxşar çağırış edərək sosial şəbəkədə yazıb: “İran xalqı, biz azadlıq uğrunda tarixi müharibə aparırıq. Bu, Ayətullah rejimini devirmək və azadlıq qazanmaq üçün unikal fürsətdir. Vaxt gələndə və həmin vaxt yaxınlaşır, məşəli sizə ötürəcəyik. Bu məqamdan faydalanmağa hazır olun”.