İran Parlamentinin üzvü - "Axios" tərəfindən dərc edilən ABŞ-nin təklifi real plandan daha çox arzuların siyahısıdır
“Axios” tərəfindən dərc edilən ABŞ-nin təklifi real plandan daha çox arzuların siyahısıdır – bu haqda İran Parlamentinin üzvü Ebrahim Rezai sosial şəbəkədə yazır.
Onun sözlərinə əsasən, ABŞ birbaşa danışıqlar yolu ilə əldə edə bilmədiyi nəticəyə müharibə ilə nail ola bilməz.
Məlumat üçün bildirək ki, “Axios” nəşri amerikalı iki yüksək vəzifəli rəsmiyə və daha iki başqa mənbəyə istinadən xəbər verir ki, Trampın nümayəndələri Stiv Uitkof, Cared Kuşner və iranlı yüksək vəzifəli rəsmilər arasında birbaşa, eləcə də dolayı vasitəçilik formasında bir səhifəlik siyahı razılaşdırılır.
“Axios”un yazdığı kimi, anlaşma memorandumu regionda müharibəyə son qoymağı və Hörmüz boğazının açılması, İranın nüvə proqramına məhdudiyyət və Amerika sanksiyalarının ləğvi ilə bağlı ətraflı razılaşmanın əldə edilməsi üçün 30 günlük danışıqlar müddətinin elan edilməsini nəzərdə tutur.