İran Parlamentinin spikeri – Yeni regional gündəlikdə xarici qüvvələrə yer yoxdur, onların ölkələr arasındakı münasibətlərə müdaxiləsi azalır

18:35, 19.08.2026

 

Yeni regional gündəlikdə xarici qüvvələrə yer yoxdur – bu barədə İran Parlamentinin spikeri Mohamad Bağer Ğalibafi bildirib.

İranın qanunverici orqanının rəhbəri, xarici qüvvələrin region ölkələri arasındakı münasibətlərə müdaxiləsinin sürətlə azaldığını deyib.

İran Parlamentinin spikeri İraqa səfəri zamanı 2020-ci ilin yanvarında Bağdadda ABŞ-nin hava zərbəsi nəticəsində qətlə yetirilən “İran İslam İnqilabı Keşikçiləri Korpusu”nun “Qüds” qüvvələrinin keçmiş komandiri, general-leytenant Ğasem Soleymanini və İraq Xalq Səfərbərlik Qüvvələrinin rəhbərinin keçmiş müavini Abu Mahdi al-Muhandisini xatırlayıb.

“Əziz Abu Mahdi və Hacı Ğasem, bu sizin mübarizənizin və mübarək qanınızın bəhrəsidir. Yeni regional nizamda xarici qüvvələrin ölkələr arasındakı münasibətlərə müdaxiləsi sürətlə azalır. ABŞ regiondan şərəfli çıxış yolu axtarır və sionist rejiminin “çaydan dənizədək” layihəsi də puç olmuş arzuya çevrilib. Qardaşlığımız bizim gücümüzdür” – Ğalibafi qeyd edib.

Oxşar