İran Parlamentinin spikeri – Makedoniyalı İsgəndərin irsinin davamçıları İmperator Valerianın taleyini bölüşəcəklər, diz çökəcəksiniz
Makedoniyalı İsgəndərin irsinin davamçıları İmperator Valerianın taleyini bölüşəcəklər: diz çökəcəksiniz – İran Parlamentinin spikeri Mohamad Bağer Ğalibafi ABŞ-nin dövlət katibi Marko Rubionun Yunanıstandakı çıxışına bu şəkildə münasibət bildirib.
“Tarix boyu biz iranlılar özlərini dünyanın hökmdarı elan edən və qədim sivilizasiyaları silməyə çalışanlarla qarşı-qarşıya gəlməli olmuşuq. Od və alovla gəldilər ki, toz-torpaq və utanc içində getsinlər. İsgəndərin irsinə can atanlar Valerianın taleyini bölüşəcəklər: diz çökəcəksiniz” – İran Parlamentinin spikeri qeyd edib.
Bu bəyanat İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Esmayıl Bağayinin də ABŞ-nin dövlət katibi Marko Rubionun Yunanıstana səfəri zamanı Qərb sivilizasiyasını təsvir etməsini tənqid etməsindən sonra verilib. O, Rubionu güc tətbiqini legitimləşdirmək məqsədilə Qədim Yunanıstanla müasir ABŞ-ı bir-birinə bağlayan tarixin seçmə interpertasiyasından istifadə etməkdə günahlandırıb.