İran Parlamentinin spikeri Cey Di Vensə müraciət edir – Masadan qalxa bilmirsən, rəhbər müharibənin növbəti mərhələsini hazırlayır, Amerika isə “öncə İsrail” uçurumunun kənarında səndələyir, niyə bunu rəhbərinə demirsən

22:41, 05.11.2026

 

İran Parlamentinin spikeri Mohamed Bağer Ğalibafi ABŞ-nin vitse-prezidenti Cey Di Vensi sosial şəbəkədə yazmaq əvəzinə, İrana qarşı müharibənin yeni mərhələsini hazırlayan Donald Trampla birbaşa danışmağa çağırır.

“Məğlub oyunçunun enerjisidir. Masadan qalxa bilmirsən, rəhbər müharibənin növbəti mərhələsini hazırlayır. Amerika isə “öncə İsrail” uçurumunun kənarında səndələyir. TED-talk-da danışmağı dayandır. Niyə bunu rəhbərinə demirsən?“ – Ğalibafi yazır.

Məlumat üçün bildirək ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens sosial şəbəkədə seçkilərdə respublikaçıların məğlubiyyət səbəbinin İrandakı müharibə olduğunu yazıb.

Daha sonra, ABŞ Prezidenti Donald Tramp da İranla müharibənin Respublikaçılar Partiyasının aralıq seçkilərindəki məğlubiyyətinə böyük ehtimalla təsir göstərdiyini bildirib, lakin qeyd edib ki, hərbi əməliyyatların başladılması ilə bağlı eyni qərarı yenə də qəbul edərdi.

Oxşar