İran Parlamentinin sədri - Tehran öz hüquqlarına dialoq yolu ilə deyil, raketlərlə nail olacaq
Tehran “öz hüquqlarına dialoq yolu ilə deyil, raketlərlə nail olacaq” – bu haqda İran Parlamentinin sədri və baş danışıqçı Mohamad Bağer Ğalibaf bildirib.
İran Parlamentinin spikeri Tehranın zəmanətlərə və sözlərə etibar etmədiyini və vəziyyəti hərəkətlərlə qiymətləndirəcəyini deyib.
“Qarşı tərəf ilk addımı atmayana qədər İran hərəkətə keçməyəcək. İstənilən razılaşmada qalib gələn tərəf, növbəti gün müharibəni daha yaxşı planlaşdırandır” – Ğalibaf bildirib.
Yayılmış məlumata əsasən, mayın 28-də Amerika Birləşmiş Ştatları və İran atəşkəs sazişinin uzadılması və Hörmüz boğazında gəmiçilik məhdudiyyətlərinin aradan qaldırılması barədə razılığa gəliblər, lakin Donald Tramp bunu hələ yekun olaraq təsdiqləməyib. Paralel olaraq, son günlərdə razılaşmanın dəyişdiyinə dair məlumat yayılır.