İran Parlamenti "Nüvə silahının yayılmaması haqda müqavilə"dən çıxmaq barədə qanun layihəsi hazırlayır
İran Parlamenti “Nüvə silahının yayılmaması haqda müqavilə”dən çıxmaq barədə qanun layihəsi hazırlayır. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib.
Bununla yanaşı, qurumun nümayəndəsi qeyd edib ki, Tehran yenə də kütləvi qırğın silahlarının inkişafına qarşı olaraq qalır.
“Nüvə silahının yayılmaması haqda müqavilə”ni BMT-nin Silahsızlanma üzrə Beynəlxalq Komitəsi hazırlayıb, Baş Assambleya onu 1968-ci ildə təsdiq edib. İran müqaviləni 1968-ci ildə imzalayıb, 1970-ci ildə isə onu ratifikasiya edib.
Bununla yanaşı, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, Tehran və Vaşinqton arasında nüvə danışıqlarının davam etdirilməsi üçün ABŞ İsrailin İrana hücumlarını pisləməlidir. Nazirliyin nümayəndəsi ABŞ-ni İrana hücumlarda şərik adlandırıb.
Qurumda yaranmış vəziyyətdə ABŞ ilə nüvə danışıqlarını mənasız adlandırıblar.