İran ordusunun Hərbi Hava Qüvvələri Küveyt və Birləşmiş Ərəb Əmirliklərində ABŞ hərbi bazalarına hücum edib

14:41, 03.09.2026

İran ordusunun Hərbi Hava Qüvvələri Küveyt və Birləşmiş Ərəb Əmirliklərində yerləşən ABŞ hərbi bazalarına hücum edib.

İran mediasının məlumatına görə, hücum raket və dronlarla həyata keçirilib. Hədəflər arasında peyk rabitəsi sistemləri, avadanlıq anbarları, hərbi təyyarələrin hangarları, hərbçilərin mövqeləri və radar sistemləri olub.

İran ordusunun yaydığı açıqlamaya əsasən, raket və dronlarla Küveytdə ABŞ-ın idarə etdiyi Əhməd əl-Cabir aviabazasına, Birləşmiş Ərəb Əmirliklərində isə Əl-Minhad aviabazasına zərbələr endirilib.

Bu açıqlama ABŞ-ın İranın cənub şəhərlərinə endirdiyi yeni zərbə dalğasından sonra yayılıb. İran Səhiyyə Nazirliyinin məlumatına görə, hücumlar nəticəsində azı 18 nəfər ölüb, 142 nəfər yaralanıb.

Oxşar