İran ordusu - Rəqibin istənilən düşməncəsinə hərəkəti məhvedici cavab alacaq, İran ordusu silahlı qüvvələrin digər qanadları ilə birlikdə İran xalqına sadiq qalır
Rəqibin istənilən düşməncəsinə hərəkəti məhvedici cavab alacaq – İran mediasının məlumatına əsasən, bu haqda İran ordusunun bəyanatında qeyd olunub.
Bəyanatda vurğulanıb ki, İran ordusu silahlı qüvvələrin digər qanadları ilə birlikdə İran xalqına sadiq qalır.
Mövcud şəraiti və son vaxtlar inkişaf etmiş hadisələri nəzərə alaraq, ordu bəyan edib ki, indi, heç vaxt olmadığı qədər İran millətini müdafiə etməyə və ölkənin ərazi bütövlüyünü, müstəqilliyini və İslam istebleşmentini qorumağa tam hazırdır.
İran Silahlı Qüvvələrinin Baş Qərargahı ölkəyə və ya xalqına zərər vurulmasına icazə verməyəcəyini bəyan edib. İran ordusunun Baş Qərargahı bir daha təkrarlayıb ki, silahlı qüvvələr təhlükələrin öhdəsindən gəlməyə və milləti qorumaq öhdəliyini yerinə yetirməyə tam hazırdır.