İran müharibə nəticəsində zəifləyən müdafiə imkanlarını genişləndirməyə başladığını açıqlayıb

15:34, 26.08.2026

İran müharibə nəticəsində zəifləyən müdafiə imkanlarını genişləndirməyə başlayır. Hava Hücumundan Müdafiə Qüvvələrinin generalı Əlirza Elhami bildirib ki, son müharibənin təcrübəsi onlara tamamilə İranın öz bilik və təcrübəsinə əsaslanan yeni sistem və avadanlıqlar istehsal etməyin zəruri olduğunu göstərib.
May ayında, altı həftəlik atəşkəs zamanı İran ABŞ və İsrailin zərbələri nəticəsində zəifləyən hərbi imkanlarını sürətlə bərpa etmək məqsədilə pilotsuz uçuş aparatlarının istehsalını qismən yeniləyib.

“Biz üçüncü məcburi müharibə zamanı taktika, sistemlərin istehsalı, onların yerləşdirilməsi və mövqeləndirilməsi baxımından faydalı olan dəyərli təcrübə qazandıq”, – Əlirza Elhami bildirib.

Oxşar