İran mediasının yaydığı məlumata görə, ABŞ-ın endirdiyi hava zərbələri nəticəsində üç nəfər həlak olub

11:30, 09.07.2026

İranın dövlət mediasının yaydığı məlumata görə, ABŞ-ın gecə saatlarında həyata keçirdiyi hava zərbələri nəticəsində üç nəfər həlak olub. Hücum zamanı yaralananların da olduğu bildirilir.

Bununla yanaşı, İran ordusu pilotsuz uçuş aparatları ilə Küveyt, Qətər və Bəhreyndə yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb. Bildirilib ki, hücum qısa müddət əvvəl həyata keçirilib və bu, “ABŞ-ın regiondakı hərbi bazalarına qarşı hücumların davamı” olub.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı Amerika qüvvələrinin İranın sahil zolağı boyunca yerləşən 90 hərbi hədəfə zərbələr endirdiyini açıqlayıb.

Oxşar