İran mediasının məlumatına görə, ötən gecə ABŞ-ın İrana endirdiyi zərbələr nəticəsində azı yeddi nəfər həlak olub

10:38, 17.07.2026

Ötən gecə ABŞ-ın İrana endirdiyi son zərbələr nəticəsində azı yeddi nəfər həlak olub. Bu barədə İranın dövlət xəbər agentliyi IRNA məlumat yayıb.

Agentliyin məlumatına görə, həlak olanlar ABŞ-ın ölkənin cənubunda yerləşən körpülərə endirdiyi zərbələrin qurbanlarıdır.

İran dövlət mediası bildirir ki, ABŞ azı iki İran körpüsünü hədəfə alıb. Hücum nəticəsində doqquz nəfər yaralanıb.

Ötən gecə Qətərdə də partlayış səsləri eşidilib. Qətər hakimiyyətinin məlumatına görə, Dohaya doğru raketlər İrandan buraxılıb. Bildirilib ki, ölkənin hava hücumundan müdafiə qüvvələri hücumu dəf edib.

Daha sonra Qətərin Daxili İşlər Nazirliyi ölkədə təhlükəsizlik təhdidinin artıq aradan qalxdığını açıqlayıb.

Xatırladaq ki, ötən gecə ABŞ Mərkəzi Komandanlığı ABŞ qüvvələrinin İrana qarşı hərbi əməliyyatları bərpa etdiyini bəyan edib. Bildirilib ki, zərbələrin məqsədi İranın hərbi imkanlarını zəiflətməkdir.

Oxşar