İran mediasının məlumatına görə, İran ABŞ gəmilərinə pilotsuz uçuş aparatları (dronlar) ilə hücum edib
İran mediasının məlumatına görə, İran ABŞ gəmilərinə pilotsuz uçuş aparatları (dronlar) ilə hücum edib

İran ABŞ gəmilərinə pilotsuz uçuş aparatları (dronlar) ilə hücum edib. Bu barədə İran mediası yazır.

Məlumata görə, hücum Oman körfəzində hərəkət edən gəmilərə, ABŞ prezidenti Donald Trampın İran bayrağı altında üzən yük gəmisinin saxlanılması barədə açıqlamasından sonra həyata keçirilib. Hücum nəticəsində dəymiş ziyanla bağlı məlumat yayılmayıb.

Bundan əvvəl İran Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının rəhbəri bəyan etmişdi ki, ABŞ qüvvələri tərəfindən İran gəmisinin saxlanılması atəşkəsin pozulmasıdır və buna görə qisas alınacaq.