İran mediası Trampın hədəsindən sonra İranın raketləri döyüş hazırlığı vəziyyətinə gətirdiyi haqda məlumat verir

12:56, 31.03.2025

 

İran mediasının məlumatına əsasən, İran Silahlı Qüvvələri ABŞ ilə əlaqəli mövqelərə zərbələr endirməyin mümkün olduğu raketləri döyüş hazırlığı vəziyyətinə gətirib. “The Tehran Times”ın xəbər verdiyi üzrə, bu, ABŞ Prezidenti Donald Tramp tərəfindən İrana qarşı yeni hədənin dilə gətirilməsindən sonra baş verib.

Nəşrin qeyd etdiyi kimi, döyüş hazırlığı vəziyyətinə gətirilən raketlərin əksəriyyəti İranın müxtəlif bölgələrində yerləşən yeraltı anbarlarda yerləşir.

Məlumat üçün bildirək ki, Donald Tramp Ağ Evə qayıtdıqdan sonra Tehranın ABŞ-nin təklif etdiyi şərtlərlə nüvə proqramı ilə bağlı razılaşmanı imzalamağa razı olmayacağı təqdirdə, İranı bombalayacağını dəfələrlə bəyan edib.

Yayılmış məlumata əsasən, bu İranın nüvə proqramının tamamilə ləğvini, eləcə də raket və pilotsuz uçuş aparatlarının inkişafı proqramının bəzi aspektlərini də əhatə edir.

İran ABŞ-la danışıqlardan imtina edir və ABŞ tərəfindən istənilən hərbi əməliyyata cavab verəcəyini bəyan edir.

Martın 30-da Tramp yenidən Tehranın ABŞ-la nüvə silahının inkişafına dair razılaşmanı imzalamaması halında, İranı bombalayacağı ilə hədələyib.

Oxşar