İran mediası ölkənin hərbi qüvvələrinin Oman dənizindəki ABŞ hərbi gəmilərinə doğru xəbərdarlıq atəşi açdığına dair məlumat verir

20:14, 05.06.2026

 

İran mediası ölkənin hərbi qüvvələrinin Oman dənizindəki ABŞ hərbi gəmilərinə doğru xəbərdarlıq atəşi açdığına dair məlumat verir.

İran mediası yazır ki, ABŞ hərbi gəmiləri ərazini tərk etmək məcburiyyətində qalıblar.

Xəbərdarlıq atəşi zamanı İran hərbçiləri qanadlı raketlər və dronlardan istifadə ediblər.

İran ordusunun bəyanatına əsasən, əməliyyat “dənizdəki iğtişaşlar, maneələr, həmçinin ABŞ Dəniz Qüvvələri tərəfindən kommersiya gəmilərinin və neft tankerlərinin qaçırılmasına” qarşı mübarizəni hədəfləyən cari kampaniyanın bir hissəsidir.

“Qadir” raketi və İran İslam Respublikasının Dəniz Qüvvələrinin yeni “Shahid Dana” dronları vasitəsilə açılan xəbərdarlıq atəşindən sonra, DDG-103 və DDG-8 hərbi gəmiləri Oman dənizindən Hind okeanı istiqamətinə doğru geri çəkiliblər” — bəyanatda deyilir.

İran Dəniz Qüvvələrində həmçinin bəyan ediblər ki, “USS Tripoli” amfibiya tipli helikopter daşıyıcısı gəmi də Oman dənizindən çıxmaq məcburiyyətində qalıb.

Oxşar