İran mediası - İranlı hərbçilər Hind okeanında ABŞ hərbi gəmisini bombalayıblar
İranlı hərbçilər Hind okeanında ABŞ hərbi gəmisini bombalayıblar – bu haqda İran mediası məlumat yayır.
Hərbi gəminin İran sahillərindən 650 kilometr aralıda yerləşən Amerika tankerindən yanacaq doldurması haqda məlumat yayılıb.
İran mediasının məlumatına əsasən, “İnqilab Keşikçiləri Korpusu”nun hərbçiləri Amerika gəmisini “Qadr-360” və “Talaeiyeh” raketləri ilə vurublar. İran kəşfiyyatı göyərtədə güclü yanğın olması haqda məlumat verir.