İran mediası – İran hərbçiləri Türkiyə istiqamətinə raket atılması ittihamını rədd edirlər
İran mediası – İran hərbçiləri Türkiyə istiqamətinə raket atılması ittihamını rədd edirlər

İran hərbçiləri Türkiyə istiqamətinə raket atılması ittihamını rədd edirlər. Bu barədə İran mediası məlumat yayıb.

“İran İslam Respublikasının Silahlı Qüvvələri qonşu və dost ölkə Türkiyənin suverenliyinə hörmət edir və bu ölkənin ərazisinə raket atılmasını rədd edir”, – bəyanatda qeyd olunub.

Bu bəyanatdan əvvəl Türkiyə tərəfi açıqlama vermişdi. Onlar 4 mart tarixində bildiriblər ki, NATO-nun hava müdafiəsi Türkiyənin hava məkanına İrandan atılmış raketi vurub.