İran mediası, Hörmüz boğazında iki supertankerə hücum edildiyinə dair məlumat verir

13:25, 12.11.2026

 

Hörmüz boğazında iki supertankerə hücum edilib. İran mediasının məlumatında, iki supertankerin Hörmüz boğazında icazəsiz marşrutu keçdikdən sonra partladığı və dayandığı deyilir.

“İslam İnqilabı Keşikçiləri Korpusu”nun Hərbi Dəniz Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Ofisinin bəyanatında deyilir ki, iki gəmi Hörmüz boğazının Hərəkətə Nəzarət Mərkəzinin təkrar xəbərdarlıqlarına baxmayaraq, icazəsiz cənub marşrutunu keçib. Onların hər ikisi ümumilikdə 4 milyon barreldən çox neft daşıyan supertanker olub.

“İslam İnqilabı Keşikçiləri Korpusu”nun (IRGC) Hərbi Dəniz Qüvvələri bəyan edib ki, Fars körfəzi və Hörmüz boğazında olan, naviqasiya sistemlərini söndürən və boğazın cənubunda yerləşən icazə olmadan mövcud marşrutdan keçərkən ABŞ-nin “qaçaqmalçı ordusu”na kömək edən istənilən gəmini analoji aqibət gözləyir.

Oxşar