İran mediası - Atəşkəs rejimi qüvvəyə minməzdən əvvəl İsrailin İranın şimalında yerləşən Gilan vilayətinə hücumu nəticəsində doqquz nəfər həlak olub, 33 nəfər yaralanıb
İran mediası - Atəşkəs rejimi qüvvəyə minməzdən əvvəl İsrailin İranın şimalında yerləşən Gilan vilayətinə hücumu nəticəsində doqquz nəfər həlak olub, 33 nəfər yaralanıb

Atəşkəs rejimi qüvvəyə minməzdən əvvəl İsrail tərəfindən İranın şimalındakı Gilan vilayətinə endirilmiş hava zərbəsi nəticəsində doqquz nəfər həlak olub, 33 nəfər isə yaralanıb. Bu barədə məlumatı “CNN” İran mediasına istinadən yayıb.

Vilayətin qubernatorunun müavininin sözlərinə görə, hücum dörd yaşayış binasına yönəlmişdi.

Yerlı hakimiyyətin məlumatına əsasən, həlak olan və yaralananların arasında 16 qadın və uşaq var.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İsrail və İran arasında atəşkəs rejimi artıq qüvvəyə minib. Tramp tərəfləri razılaşmanı pozmamağa çağırıb.