İran mediası ABŞ-nin ölkənin cənubuna endirdiyi zərbələr nəticəsində üç nəfərin həlak olması haqda məlumat verir

15:20, 14.07.2026

 

İranda ABŞ-nin zərbələri nəticəsində üç nəfər həlak olub, – bu barədə məlumatı İranın dövlət yayımçısı IRIB yayır.

Onların məlumatına əsasən, hücum ölkənin cənubunda yerləşən Hörmüzqan əyalətində baş verib.

Məlumat üçün bildirək ki, ötən gecə Amerika Birləşmiş Ştatları İrana qarşı yeni hücum dalğası həyata keçirib. Paralel olaraq, İranda Küveyt və Bəhreyndə yerləşən ABŞ hərbi obyektlərinə pilotsuz uçuş aparatları ilə hücum etdiklərini bildirirlər. İran ordusu zərbələrin rabitə sistemlərini, yanacaq çənlərini və sursat anbarlarını hədəf aldığını və bunun “təkrarlanan ABŞ təcavüzünə” cavab olaraq həyata keçirildiyini bəyan edir.

Oxşar