İran lideri Əli Xamneyinin müşaviri - Fələstinli döyüşçüləri təbrik edirik, Fələstin və Qüds azad olunana qədər Fələstin döyüşçülərinin yanında olacağıq
İran lideri Əli Xamneyinin müşaviri - Fələstinli döyüşçüləri təbrik edirik, Fələstin və Qüds azad olunana qədər Fələstin döyüşçülərinin yanında olacağıq

İran liderinin müşaviri Əli Xamneyinin son illərdə İsrailə qarşı ən böyük hücumu həyata keçirdikləri üçün fələstinli döyüşçüləri təbrik edib, – “Reuters” bu barədə yazır.

“Fələstinli döyüşçüləri təbrik edirik. Fələstin və Qüds azad olunana qədər fələstinli döyüşçülərin yanında olacağıq”, – deyə Yəhya Rəhim Səfəvi bildirib.

“Reuters” yazır ki, İran dövlət televiziyası parlament üzvlərinin “İsrailə ölüm” və “Fələstin qalib gəldi, İsrail məhv olacaq” şüarları səsləndirdiyi kadrlar nümayiş etdirib.