İran İsrailə, Küveytə, İordaniyaya və Bəhreynə raket zərbələri endirib
İran İsrailə, Küveytə, İordaniyaya və Bəhreynə raket zərbələri endirib

İran İsrailə, Küveytə, İordaniyaya və Bəhreynə raket zərbələri endirib. “İranın İslam İnqilabı Keşikçiləri Korpusu”nun bəyanatına görə, raketlər həm İsrail istiqamətində, həm də Küveyt, İordaniya və Bəhreyndə ABŞ qüvvələrinin yerləşdiyi hərbi bazalara atılıb.

Bəyanatda həmçinin qeyd olunur ki, hədəflər raket sistemləri və dronlar vasitəsilə vurulub.

Küveytin hava hücumundan müdafiə qüvvələri raket və dron hücumlarına cavab verildiyini təsdiqləyib, ilkin məlumata görə isə, bu mərhələdə yalnız binalara ziyan dəyib.