“İran İslam İnqilabı Keşikçiləri Korpusu”nun sözçüsü – ABŞ-nin məğlubiyyəti etiraf etməkdən və bölgəni tərk etməkdən başqa seçimi yoxdur
“İran İslam İnqilabı Keşikçiləri Korpusu”nun sözçüsü amerikalıları ABŞ Prezidenti Donald Trampın “yalançı administrasiyasına” təzyiq göstərməyə çağırıb.
Hoseyn Mohebinin bəyanatına əsasən, bu administrasiya dəyişməlidir.
O bildirib ki, Tramp İranla bağlı “böyük yalanlar” söyləyib və Vaşinqton İranla münaqişədə “məğlubiyyəti etiraf etməlidir”.
“Düşünürəm ki, Amerika xalqı bu reallıq haqqında bilmir. Bu reallığı bilsəydilər, mütləq fərqli düşünərdilər və öz administrasiyalarına mütləq təzyiq göstərərdilər. Bu yalançı administrasiya dəyişməlidir. Buna eyni prezidentin həm əvvəlki dördillik səlahiyyət müddətində, həm də bu demək olar ki, ikiillik müddətində dediyi və sizin mediadakı həmkarlarınızın saydığı böyük yalanları da əlavə edin. Birləşmiş Ştatların məğlubiyyəti etiraf etməkdən və bölgəni tərk etməkdən başqa seçimi yoxdur” – Hoseyn Mohebi bildirib.