İran İslam İnqilabı Keşikçiləri Korpusunun məlumatına görə, ABŞ-ın Bəhreyn və Küveytdə yerləşən 85 hərbi obyektinə zərbələr endirilib

11:30, 08.07.2026

“İran İslam İnqilabı Keşikçiləri Korpusu” bəyan edib ki, ABŞ-ın Bəhreyn və Küveytdə yerləşən 85 hərbi obyektinə zərbələr endirilib.

İran tərəfinin iddiasına görə, bu hücumlar ABŞ-ın həyata keçirdiyi əməliyyatlara cavab olub. Tehran həmin əməliyyatları atəşkəs razılaşmasının pozulması kimi qiymətləndirir.

Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı bəyan etmişdi ki, ABŞ qüvvələri İrana qarşı həyata keçirilən son əməliyyat zamanı 80-dən çox hədəfi vurub. Məlumata görə, əməliyyat İranın Hörmüz boğazında kommersiya gəmilərinə hücumlarına cavab olaraq keçirilib.

ABŞ hərbi rəsmilərinin bildirdiyinə görə, zərbələr İranın hava hücumundan müdafiə sistemlərinə və “İran İslam İnqilabı Keşikçiləri Korpusu”na məxsus 60-dan çox kiçik hərbi gəmiyə endirilib. ABŞ Mərkəzi Komandanlığı bəyan edir ki, Vaşinqton İranı razılaşmanı pozduğuna görə məsuliyyətə cəlb etməyə hazırdır.

Oxşar