İran İslam İnqilabı Keşikçiləri Korpusu – Öz torpaqlarını İrana hücum etmək üçün təcavüzkar cinayətkarlara verən ölkələr müvafiq cavab almağa hazır olmalıdırlar

19:29, 18.07.2026

 

Təcavüzkar Amerika hərbçilərinə ev sahibliyi edən və öz torpaqlarını İrana hücum etmək üçün təcavüzkar cinayətkarlara verən ölkələr müvafiq cavab almağa hazır olmalıdırlar – bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatında qeyd olunub.

Bəyanata əsasən, qeyd olunan ölkələr öz vətəndaşlarının həyatını qorumaq və onları potensial hədəflərdən uzaqlaşdırmaq üçün mülki müdafiə bölmələrini aktivləşdirməlidirlər.

İranlı hərbçilər ABŞ-ı müharibəni yenidən başlamaqda ittiham edirlər və iddia edirlər ki, Vaşinqton bu müharibəni heç vaxt bitirməyib.

“Dünənki gündən etibarən düşmən yeni yanaşma seçib və hərbi qarşıdurmadakı məğlubiyyətini gizlətmək üçün müharibə cinayətləri törədir — xəstəxanalara, körpülərə, dəmir yollarına, hava limanlarına, limanlara, telekommunikasiya mərkəzlərinə və s. dağıdıcı hücumlar edir və dinc əhalini qətlə yetirir” – bəyanatda deyilir.

Oxşar