"İran İslam İnqilabı Keşikçiləri Korpusu" - Müharibənin sonunu biz müəyyən edəcəyik, bölgənin gələcək statusu silahlı qüvvələrimizin əlindədir, müharibəni Amerika qüvvələri bitirməyəcək
"İran İslam İnqilabı Keşikçiləri Korpusu" - Müharibənin sonunu biz müəyyən edəcəyik, bölgənin gələcək statusu silahlı qüvvələrimizin əlindədir, müharibəni Amerika qüvvələri bitirməyəcək

 

“İran İslam İnqilabı Keşikçiləri Korpusunun” bəyanatına əsasən, Yaxın Şərqdə müharibənin sonunu İran müəyyən edəcək.

“Müharibənin sonunu biz müəyyən edəcəyik. Bölgənin gələcək statusu indi silahlı qüvvələrimizin əlindədir, müharibəni Amerika qüvvələri bitirməyəcək” – bəyanatda qeyd olunub.

Bununla yanaşı, “İran İslam İnqilabı Keşikçiləri Korpusunun” bəyanatına əsasən, ABŞ və İsrailin hücumları davam edərsə, Tehran bölgədən bir litr neftin ixracına belə icazə verməyəcək.

Məlumat üçün bildirək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İran Hörmüz boğazında neft axınını dayandırmağa cəhd edərsə, ABŞ ona indiyə qədər etdiyindən iyirmi dəfə daha güclü zərbə endirəcək.