“İran İslam İnqilabı Keşikçiləri Korpusu” İranın Hörmüz boğazında iki neft tankerinə hücum etdiyinə dair məlumat verir

12:32, 14.07.2026

 

İran Hörmüz boğazında iki neft tankerinə hücum edib. Məlumatı “İran İslam İnqilabı Keşikçiləri Korpusu” yayır.

Bəyanatda gəmilərin İranın xəbərdarlığına məhəl qoymadığı və naviqasiya sistemini söndürdüyü qeyd olunur. Rəsmi qurumun məlumatında gəmilərin istifadə etdiyi marşrutun minalandığı deyilir.

Məlumat üçün bildirək ki, bundan əvvəl Birləşmiş Ərəb Əmirliklərində rəsmi Tehranın onların iki gəmisinə hava zərbələri endirdiyini bəyan etmişdilər. Söhbət Omanın nəzarətindəki zonada olan “Al-Bahiya” və “Mombasa” adlı gəmilərdən gedir. Hücum nəticəsində bir hindistanlı dənizçi həlak olub.

Oxşar