İran İslam İnqilabı Keşikçiləri Korpusu bəyan edib ki, İrana endirilən yeni zərbələrə cavab olaraq, ABŞ-ın Küveyt və Bəhreyndəki hərbi bazalarına hücum ediblər
İran İslam İnqilabı Keşikçiləri Korpusu bəyan edib ki, ABŞ-ın İrana endirdiyi yeni zərbələrə cavab olaraq, Küveyt və Bəhreyndə yerləşən Amerika hərbi bazalarına hücum ediblər. Korpusun bəyanatını İranın dövlət televiziyasına istinadən CNN yayıb.
Məlumata görə, İranın dəniz və hava qüvvələri ABŞ-a məxsus infrastruktur və hərbi obyektlərə pilotsuz uçuş aparatları və raketlərlə birgə hücum həyata keçirib.
Hədəflər arasında Küveytdə yerləşən Ərifcan və Əli əl-Salim aviabazaları, eləcə də Bəhreyndəki Şeyx İsa aviabazası və Cüfeyr hərbi obyekti olub. Cüfeyrdə ABŞ Hərbi Dəniz Qüvvələrinin Fars körfəzindəki əsas bazası və ABŞ-ın Beşinci Donanmasının qərargahı yerləşir.
İran tərəfi bildirib ki, zərbələr ABŞ-ın İranın cənub sahilində yerləşən əyalətlərə və ölkənin şərqindəki iki körpüyə endirdiyi hücumlara cavab olaraq həyata keçirilib.
ABŞ Mərkəzi Komandanlığı isə öz növbəsində açıqlayıb ki, Amerika qüvvələri İranın sahil zolağı boyunca yerləşən 90 hərbi hədəfə zərbələr endirib